Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daha 4 məktəb koronavirusa görə bağlandı

Daha 4 məktəb koronavirusa görə bağlandı

Tarix: 12 Aprel 2021 15:50

Ağdaş rayonunda koronavirus təhlükəsinə görə bir neçə orta məktəbdə əyani dərslər dayandırılıb, şagirdlər distant təhsilə cəlb olunub.

Sonxeber.net APA-ya istinadən bildirir ki, rayonun Aşağı Nemətabad, Orta Ləki, Qəsl və Qülbəndə kənd tam orta məktəblərinin 4 müəllimində COVID-19 testinin cavabı pozitiv çıxıb. Bu səbəbdən Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən dərs prosesinin distant təhsilə keçirilməsinə qərar verilib.

Dərhal məktəb rəhbərliyi tərəfindən şagird və valideynlər xəbərdar edilib.

Hazırda dərslər distant şəkildə davam etdirilir. Bu gün səhər saatlarından etibarən Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən bu dörd məktəbdə dezinfeksiya işləri aparılır.

Qeyd edək ki, 2020-2021-ci tədris ili başlayandan bu günə kimi rayon üzrə təhsil müəssisələrində 45 şagird və 20 müəllimdə COVID-19 virusu aşkar edilib. İndiyədək 7 tam orta məktəbdə dərslər distant təhsilə cəlb olunub. 


Etiketlər:  Daha məktəb koronavirusa görə bağlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ