Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədən sonra daha bir ölkədə Ramazan ayında karantin sərtləşdirilir

Türkiyədən sonra daha bir ölkədə Ramazan ayında karantin sərtləşdirilir

Tarix: 13 Aprel 2021 09:54

Malayziya hökuməti COVID-19-la əlaqədar tətbiq edilən məhdudiyyətləri müqəddəs Ramazan ayında sərtləşdirəcək, bütün ölkə üzrə hərəkətə nəzarət gücləndiriləcək.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ölkənin təhlükəsizlik naziri İsmail Sabri məlumat verib. Nazir bildirib ki, məhdudiyyətlər hər bir ştatda COVID-19-un yayılması ilə əlaqədar real vəziyyət nəzərə alınaraq tətbiq olunacaq.

Hazırda ölkədə koronavirusun yayılması ilə bağlı vəziyyət barədə danışan İsmail Sabri deyib ki, Səhiyyə Nazirliyinin son məlumatları nəzərə alınarsa, Malayziyada pandemiyanın dördüncü dalğası başlaya bilər. Belə ki, bu nazirlik ölkədə gündəlik yoluxmanın artıq 1000 nəfəri ötdüyü barədə məlumatlar yayıb.

Bunu nəzərə alan nazir, əhalini Ramazan ayı boyunca da COVID-19-a qarşı tətbiq edilən məhdudiyyətlərə əməl etməyə çağırıb.

İsmail Sabri əlavə edib ki, federal hökumət tərəfindən qəbul edilən məhdudiyyətlərlə yanaşı, hər bir ştatın hökuməti real vəziyyəti nəzərə alaraq həmin məhdudiyyətləri sərtləşdirə və əlavə qaydalar tətbiq edə bilər.

Əlavə olaraq bildirək ki, Kelantan ştatının rəhbərliyi mərkəzi hökumətin icazəsinə baxmayaraq, bir gün əvvəl ştat ərazisində Ramazan bazarlarının təşkilini qadağan edib.


Etiketlər:  Türkiyədən sonra daha ölkədə Ramazan ayında karantin sərtləşdirilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ