Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yeni “Huawei” noutbuku “AMD Ryzen 7 4800H” prosessoru ilə təchiz olunub

Yeni “Huawei” noutbuku “AMD Ryzen 7 4800H” prosessoru ilə təchiz olunub

Tarix: 13 Aprel 2021 21:56

"Huawei" şirkəti "Huawei MateBook D 16" noutbukunun "AMD Ryzen 7 4800H" prosessoru üzərində qurulan yenilənmiş versiyasını təqdim edib.  

Milli.Az ted.az-a istinadən bildirir ki, noutbuk 369 х 234 х 18,4 millimetr qabaritli korpus, 16,1 düym diaqonallı, 1920 x 1080 təsvir ölçülü, minimal çərçivəli "IPS" ekranla təchiz olunub. Ekran 170 dərəcəlik baxış bucağı, bir düym üçün 137 piksel sıxlığı, maksimal 300 kandel/kvadratmetr parlaqlıq və "sRGB" rəng qammasının 100 faiz əhatə olunması ilə xarakterizə olunur. Yeni qurğunun qalınlığı 18,4 millimetr, çəkisi 1,74 kiloqram təşkil edir.

"AMD Ryzen 7 4800H" prosessoru 4,2 giqahers tezliyində işləyir. "GPU AMD Radeon" videokartı ilə təchiz edilən "Huawei MateBook D 16" noutbukunun operativ yaddaş tutumu 16 giqabayt, quraşdırılmış yaddaşı isə 512 giqabayt təşkil edir. Bundan başqa, noutbuk "Wi-Fi 6" moduluna malikdir. Daktiloskopik sensor qoşma düyməsinə quraşdırılıb.

"MultiScreen" funksiyası "Huawei" smartfonu istifadəçilərinə smartfon ekranının məzmununu noutbukun displeyinə daxil etməyə imkan verir. Noutbuk 2 vatt gücündə iki dinamiklə təchiz edilib. Dəstə 65 vatlıq enerjidoldurma qurğusu daxildir. On beş dəqiqəyə noutbuku iki saatlıq iş üçün enerji ilə doldurmaq mümkündür.

Hazırda məhdud ölkələrin bazarlarında satışa çıxarılan "MateBook 16" noutbukunun qiyməti 1069 dollara bərabərdir.

Milli.Az


Etiketlər:  Yeni Huawei noutbuku AMD Ryzen 7 4800H prosessoru ilə təchiz olunub


RƏYLƏR