Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Evdən çıxan koronavirus xəstəsi saxlanılıb

Evdən çıxan koronavirus xəstəsi saxlanılıb

Tarix: 14 Aprel 2021 10:10

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən məlumata görə, Hacıqabul rayon sakini Elşən Həmzəyevə koronavirus testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.

E.Həmzəyevin yeri polis əməkdaşları tərəfindən müəyən edilib, onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.

Milli.Az


Etiketlər:  Evdən çıxan koronavirus xəstəsi saxlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ