Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2021 11:27
“Samsung” şirkəti “Galaxy Tab A7 Lite” adlı ucuz planşetini təqdim etmək niyyətindədir. Qurğu haqqında Çinin Telekommunikasiya Avadanlığının Sertifikatlaşdırılması Mərkəzinə istinadən “MySmartPrice” nəşri məlumat verib.
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, planşet “IPS” texnologiyası üzrə hazırlanmış 8,7 düymlük ekranla təchiz ediləcək, amma təsvir ölçüsü hələ ki məlum deyil. “Galaxy Tab A7 Lite” cihazı 5100 milliamper/saat tutumlu akkumulyator və 15 vatt gücündə enerjidoldurma qurğusu ilə təchiz ediləcək.
Bundan başqa, planşet “MediaTek Helio P22T” prosessoru, 3 QB əməli yaddaş və 32 QB daxili yaddaşa malik olacaq.
Emil Hüseynov