Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Aprel 2021 12:10
Saatlıda pomidor əkininə başlanıb. Bu il sahələrə istiyədavamlı lajin sortu yetişdirilir. Bu sort həm də yüksək məhsuldarlığı ilə seçilir.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, istiyə davamlı pomidor əkininə başlanıb.
Görüntülər Saatlıdandır. Bu il fermerlər əkin zamanı Lajin sortundan istifadə ediblər. Hər kola 10 kqiloqramdan artıq məhsul verən bu sort həm də aran iqliminə uyğun olması ilə seçilir.
Öncədən sahədə aqrotexniki qaydaya uyğun olaraq şum və gübrələmə işləri aparılıb. Şitil formasında yetişdirilən bitki artıq sahələrə köçürülür. Sahədə suya qənaət etmək və daha çox məhsul əldə etmək üçün damlama suvarma üsulundan istifadə edilir. Bu növ suvarmada həm bitki lazımi səviyyədə su qəbul edir, həm də alaq otları inkişafdan qalır. Lajin sortu 70-80 gün müddətinə yetişir.
Məhsulun iyul ayında yığılması nəzərdə tutulub.