Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyul 2019 21:12
"Bu günkü rəqibimiz indiyə qədər oynadıqlarımız arasında ən güclü, ən yaxşısı idi. Xatırladım ki, rəqib ötən mövsüm PTT 1-ci Liqanın qalibi olub və Superliqaya yüksəlib Bu oyun bizim üçün önəmli idi. Komandanı belə güclü rəqibə qarşı görmək istəyirdik. Uşaqlar da mübarizə apardılar".
Qol.az-ın məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Türkiyədə təlim-məşq toplanışı çərçivəsində "Gənclərbirliyi" ilə 1:1 hesabı ilə bərabərə qaldıqları yoxlama oyunundan sonra klubun saytına deyib.
O, ikinci hissədə komandasının qol epizodlarının olduğunu bildirib: "Amma istifadə edə bilmədik. Buna baxmayaraq futbolçuların meydanda əzmkarlığı məni qane etdi. Bəzi futbolçularımız hələ tam formada deyil. Ümid edirəm ki, çempionatın startına qədər onlar da formasını tam bərpa edib komandaya kömək edəcəklər".