Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Aprel 2021 20:52
Koronavirus qurbanlarının Anım Günü alman siyasətçilərin planlaşdırdığı kimi alınmayıb. AFR-in əyalət hökumətlərinin rəhbərləri sakinlərə müraciətlə bu xəstəlikdən ölənlərin xatirəsini yad etmək üçün şam yandırmağa çağırıblar, sakinlər isə həmin şamları federal və əyalət hakimiyyət orqanlarının səriştəsiz siyasətinə etiraz əlaməti olaraq yandırıblar: sakinlərin fikrincə, hakimiyyət orqanları koronavirus pandemiyasının öhdəsindən gələ bilməyiblər. Bütün ölkədə keçirilmiş matəm mərasimlərinə gələn sakinlərin əllərindəki transparantlar buna sübut olub.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, federal əyalətlərin baş nazirləri pandemiya qurbanlarının xatirəsini yad etmək üçün vətəndaşlardan pəncərələrə şam qoymalarını xahiş ediblər, sakinlər isə inzibati binaların yanına gəlib və həmin binaların qarşısında matəm şamları yandırıblar.
İndi dövlət dəftərxanaları, əyalət parlamentləri, şuralar və administrasiyalar poçt bağlamaları şəklində qucaq-qucaq şam alırlar. Sakinlər həmin bağlamaların üstündə yazırlar: "Şamlarınızı özünüz yandırın!".
Müxtəlif şəhərlərdə çoxlu şamlar yandırılıb, lakin bu şamların bir qismi yox olub. Məsələn, Berlin, Düsseldolf və Hannover şəhərlərində təhlükəsizlik xidmətləri və ya bu aksiyanın əleyhdarları həmin şamları və ittihamedici mətnlər yazılmış plakatları yığışdırıblar.
Köln və Bonn meriyalarının binaları qarşısında atılmış şamların fotoşəkilləri sosial şəbəkələrdə yayılıb.