Tarix: 30 Iyul 2019 01:08
“Lester”in və İngiltərə milisinin müdafiəçisi Harri Maquayr klubun son məşqində iştirak etməyib.
Qol.az "Sky Sports"a istinadən xəbər verir ki, oyunçunun ötən gün məşqə qatılmamasının əsas səbəbi “Mançester Yunayted”ə transfer olunmaq istəyidir.
Futbolçu İngiltərədə yay transfer transfer pəncərəsi bağlanana qədər - avqustun 8-dək "Lester"i tərk etmək istədiyini klubuna bildirib.
Qeyd edək ki, Maquayr "Mançester Yunayted"in baş məşqçisi Ole-Qunnar Sulşerin əsas transfer hədəflərindəndir.