Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyanın neft ehtiyatı azalıb - VİDEO

Dünyanın neft ehtiyatı azalıb - VİDEO

Tarix: 20 Aprel 2021 12:12

Cari ilin ikinci yarısında "Qara Qızıl"ın qiyməti arta bilər

Pandemiya dövründə dünyadakı anbarlarda saxlanılan neft ehtiyatları praktiki olaraq azalıb və bu da cari ilin ikinci yarısında karbohidrogenlərin qiymətinin artmasına səbəb ola bilər.

Sonxeber.net Real TV-ə istinadən bildirir ki, hazırda ən böyük neft ehtiyatları Çində saxlanılır.

Amerikada karbohidrogen ehtiyatları praktik olaraq pandemiyadan əvvəl müşahidə olunan səviyyəyə qayıdıb və fevral ayında 1,28 milyard barel təşkil edib.

Bildirilir ki, ABŞ-ın şərq sahilində neft ehtiyatları keçən həftə son 30 ilin ən aşağı səviyyəsinə çatıb.

Eyni zamanda, son iki həftə ərzində tankerlərdə saxlanılan neft ehtiyatları 27% azalaraq 50,7 milyon barelə çatıb.

2021-ci ilin ikinci yarısında neft ehtiyatlarının proqnozlaşdırılan azalması fonunda "qara qızıl"ın qiyməti bir barel üçün 74 dollara qədər arta bilər.


Etiketlər:  Dünyanın neft ehtiyatı azalıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ