Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda görməyəcəyimiz ulduzlar - Kabak, Demiral, Çalhanoğlu, Beyl...

Bakıda görməyəcəyimiz ulduzlar - Kabak, Demiral, Çalhanoğlu, Beyl...

Tarix: 20 Aprel 2021 17:48

Superliqada oynayacaq futbolçulara qarşı FİFA və UEFA-nın tətbiq edəcəyi sanksiyalar AVRO-2020-yə də təsirsiz ötüşməyəcək.

Milli.Az apasport-a istinadən xəbər verir ki, qiyamçı klubların alternativ şəkildə yaratdığı turnirə qatılacaq komandaların üzvləri FİFA və UEFA bayrağı altındakı bütün yarışlar kimi qitə çempionatına da buraxılmayacaq.

AVRO-2020-nin qrup mərhələsinin iki oyununu Bakıda keçirəcək yığmalar da itkilərdən sığortalanmayıb. Türkiyə, İsveçrə və Uels millisinin 12 klubda oynayan üzvləri turnirə, o cümlədən ölkəmizdəki matçlara buraxılmayacaq.

Türkiyənin 3, Uelsin 7, İsveçrənin 2 ulduz oyunçusu qiyamçı klubların üzvləridir. Onlar AVRO-2020-də oynamaq arzusunu reallaşdırmaq üçün klubunu dəyişməsə, Bakıda meydana çıxmayacaq. 

Türkiyə
Ozan Kabak (Liverpul)
Hakan Çalhanoğlu (Milan)
Merih Demiral (Yuventus)

Uels
Neco Uilyams (Liverpul)
Ben Vudbern (Liverpul)
Co Rodon (Tottenhem)
Qaret Beyl (Tottenhem)
Daniel Ceyms (Mançester Yunayted)
Ben Devis (Tottenhem)
Aron Remsi (Yuventus)

İsveçrə
Cerdan Şakiri (Liverpul)
Qranit Caka (Arsenal)

Milli.Az


Etiketlər:  Bakıda görməyəcəyimiz ulduzlar Kabak Demiral Çalhanoğlu Beyl


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ