Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Corc Floydun ölümündə təqsirləndirilən sabiq polis zabiti ciddi rejimli həbsxanaya köçürülüb

Corc Floydun ölümündə təqsirləndirilən sabiq polis zabiti ciddi rejimli həbsxanaya köçürülüb

Tarix: 21 Aprel 2021 13:24

ABŞ-da afroamerikalı Corc Floydun ölümündə təqsirləndirilən sabiq polis əməkdaşı Derek Şovin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə KARE telekanalı məlumat verib.

Bildirilib ki, hazırda sabiq polis zabiti təknəfərlik kamerada saxlanılır.

Onun təhlükəsiz şəraitdə və mühafizə altında olduğu qeyd olunub.

D. Şovinə ikinci və üçüncü dərəcəli adam öldürmək ittihamı irəli sürülüb.

Qaydalara əsasən, ilk dəfə cinayət törətmiş şəxs kimi o, 12 il yarım həbs cəzası ilə üzləşir, lakin hakimin ağırlaşdırıcı faktorlar olduğunu təyin etdiyi təqdirdə prokurorlar D. Şovin üçün 40 il həbs cəzası istəyə bilər.

Xatırladaq ki 46 yaşlı Corc Floyd ötən il mayın 25-də həbs edilərkən ölüb. Hadisəni təsvir edən videoda Floydun boğazını dizi ilə yerə sıxan polis əməkdaşını görmək olur. Floyd dəfələrlə nəfəs ala bilmədiyini deyir. Saxta pulun istifadəsi ilə bağlı xəbəri yoxlayan polislər Floyda yaxınlaşarkən müqavimətlə üzləşiblər. Silahsız afroamerikalının ölümü ABŞ-da geniş etirazlara səbəb olub.

Milli.Az


Etiketlər:  Corc Floydun ölümündə təqsirləndirilən sabiq polis zabiti ciddi rejimli həbsxanaya köçürülüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ