Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2021 16:08
Qırğızıstan Səhiyyə naziri Alımkadır Beyşenaliyev zəhərli yovşan bitkisinin yeni növ koronavirus (Covid-19) xəstələrinin müalicəsində istifadə edildiyini və təsirli olduğunu irəli sürüb.
Sonxeber.net unikal.org-a istinadən bildirir ki, bundan sonra nazir canlı yayımda həmin bitkidən hazırlanmış çayı qəbul edib.
Nazirin bu çıxışından sonra iki qırğız vətəndaşı bitkini dəmləyərək içib. Hər iki şəxs xəstəxanalıq olub. Xəstəxana zəhərlənən şəxsləri nəzarətə götürüb.
Belə ki, xəstələrin yovşandan uzun müddətdir terapevtik məqsədlər üçün istifadə etdikləri və 2 gün əvvəl dozanın artırılması nəticəsində vəziyyətlərinin pisləşdiyi bildirilib.