Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2021 11:08
Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, sabiq deputat Hüseynbala Mirələmovla bağlı sosial şəbəkələrdə qeyri-əxlaqi görüntülər yayılıb. Həmin görüntülər qısa zamanda geniş müzakirələrə səbəb olub.
Mİlli.Az xəbər verir ki, yenisabah.az sabiq deputatın əxlaq, mənəvi dəyərlər, qadına münasibətlə bağlı 2018-ci ildə "525-ci qəzet"ə verdiyi müsahibəni ixtisarla təqdim edir.
- "Durnalar qayıtdı", "Son arzu", "Tənha durna uçuşu", "Gəlinlik paltarı", "Qırxıncı otaq", "Cəza" hamısının adı tənhalıq qoxuyur. İçinizdə belə dərin boşluq var ki?
- Səbəbini bilmirəm. Mən həmişə dəmiryol vağzalında qəribə hisslər keçirirəm. Avtovağzalda, Hava limanında yox, məhz Dəmiryol vağzalında. Bir də, durna adı gələndə həmin hüzün canıma çökür. Özümü tənha hiss edirəm. Bu necə yaranır, necə əmələ gəlir, bilmirəm. Dəmiryol vağzalında qəribə hissə qapılıram. Nigarançılıq məni üzür. Tərkidünya oluram. Səbəbini bilmirəm, amma uşaqlıqdan belədir.
- Eşq aləmi, qadın uğrunda savaş ayrı savaşdır deyirsiniz. Necə savaşdır ki?
- O, müqəddəs və haqlı savaşdır! XVII-XVIII əsrdə Rusiyada öz məhəbbətləri, sevgiləri uğrunda duelə çıxırdılar. Puşkin, Lermontov kimi nəhənglər dueldə ölüblər. Qadın uğrunda savaş əsl kişi savaşıdır. Mərdanə, təkbətək savaşdır. Burada güclülər qalib gəlir. Hesab edirəm ki, hər kişi öz sevdiyi qadın uğrunda savaşa çıxmalıdır. Ya orada ölməlidir, ya da qalib gəlməlidir! Bu savaşda ölməyinin özü də bir qalibiyyətdir. Çünki cəsarət tapıb o savaşa girə bilirsə, bu da bir qələbədir.
- Hazırda belə savaş görmək mümkündür?
- Çox təəssüf edirəm ki, yox! Bəlkə də var, amma barmaqla sayılacaq qədər azdır! Fərman Kərimzadənin romanında bir məqam var. Bir nəfər öz qan düşmənini axtarır. Dağlara, yaylağa qalxır. Gedir alaçığa, görür ki, axtardığı düşmən arvadı ilə eyni yataqdadır. Məğrurluğa bax, Azərbaycan kişisinin qüdrətinə bax. Görür ki, düşməni qadınının yanında yatıb, ona toxunmur. Götürür iki patronu, qoyur düşməninin sinəsi üstünə. Sakitcə çıxıb gedir. Bu əzəmətdir, vüqardır, kişilikdir, mərdlikdir! Kaş bizim xalqımız elə həmişə belə olardı. Amma dəfələrlə rast gəlmişəm, cavan oğlanlar həyat yoldaşlarının yanında dalaşırlar, söyüş söyürlər. Bu da kişilikdir? Azərbaycanda qadın öz yaylığını yerə atanda qan dayanıb. İndi hanı o kişilər? İndi nə gündəyik? Hanı indi o savaşı dayandıran qadınlarımız? Çox istərdim bu millətin həmin keyfiyyətləri özünə qayıtsın!