Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2021 13:18
Türkiyə hökuməti ölkədə yoluxma hallarının artması fonunda cümə günündən bazar gününə qədər 3 günlük komendant saatı tətbiq edəcək.
Sonxeber.net xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
"23 aprel rəsmi tətil - Milli İstiqlal və Uşaqlar Günü olduğuna görə, bu həftə komendant saatı 22 aprel saat 19:00-da başlayacaq və 26 aprel saat 05:00-da bitəcək",- deyə məlumatda qeyd olunub.
Komendant saatının tətbiq olunduğu dövrdə vətəndaşlar yalnız saat 10:00-dan 17:00-dək mağaza və apteklərə, həkimə getmək və ev heyvanını gəzdirmək məqsədilə evlərindən çıxa bilərlər.
Qeyd edək ki, Türkiyədə bu günə qədər 4 milyon 446 min 591 nəfər koronavirusa yoluxub, 36 min 975 nəfər xəstəlik səbəbindən həyatını itirib.