Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2021 14:04
Xalq şairi Nəriman Həsənzadə ötən gün sosial şəbəkələrdə yayılan hakim Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri, sabiq deputat Hüseynbala Mirələmovun xanım köməkçisinə qarşı qeyri-etik videogörüntüsündən danışıb.
Sonxeber.net xəbər verir ki, Nəriman Həsənzadə demokrat.az-a açıqlamasında Hüseynbala Mirələmovun sözügedən videosundan xəbərsiz olduğunu bildirib.
O, Hüseynbala Mirələmovun ziyalı olduğunu deyib:
"Mənim Hüseynbala Mirələmova böyük hörmətim var. Hüseynbala müəllim çox yaxşı kişidir. O deputat idi, həm də YAP-ın Xətai rayon təşkilatının sədridir. O, yaxşı yazıçıdır. Görünür kimsə onunla zarafat edib. Buna görə onu qınamağa dəyərmi?".