Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Apple” şirkətinin “AirTags” “ağıllı” cihazı xəritələrin köməyi ilə əşyaları tapmağa imkan verəcək

“Apple” şirkətinin “AirTags” “ağıllı” cihazı xəritələrin köməyi ilə əşyaları tapmağa imkan verəcək

Tarix: 22 Aprel 2021 14:12

"Apple" şirkəti başqa əşyaları tapmağa kömək edəcək "AirTags" adlı ilk "ağıllı" cihazını təqdim edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, sözügedən qurğu qulaqlıqdan avtomobilədək istənilən əşyanı tapmağa imkan verir. Cihaz "Apple" qurğularına quraşdırılmış Lokator proqramı ilə birgə işləyir.

 

Şirkətin nümayəndəsi qurğunun məxfilik qaydalarına riayət edərək insanları izləməyəcəyinə vəd verib.

 

Qiyməti 29 dollar təşkil edəcək "AirTags" cihazı aprelin 23-də ABŞ-da satışa çıxarılacaq.

 

Emil Hüseynov




Etiketlər:  Apple şirkətinin AirTags ağıllı cihazı xəritələrin köməyi ilə əşyaları tapmağa imkan verəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ