Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Huawei” smartfonları enerjidoldurma adapteri ilə təchiz edilməyəcək

“Huawei” smartfonları enerjidoldurma adapteri ilə təchiz edilməyəcək

Tarix: 22 Aprel 2021 20:12

"Huawei" şirkətinin smartfonları pulsuz aksesuarlarla təchiz edilməyəcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, mənbələrin məlumatına görə, şirkət yeni smartfonlar dəstində enerjidoldurma adapterini ləğv etmək niyyətindədir. Beləliklə, "Huawei" şirkəti "Apple", "Samsung" və digər smartfon istehsalçılarının qərarını təkrarlamaqla yanaşı, smartfon buraxılışında qənaət edəcək. Mütəxəssislərin qiymətləndirməsinə görə, bu qərar sayəsində Çin şirkəti milyonlarla dollara qənaət edə bilər.

Bununla yanaşı, pulsuz aksesuardan imtina üçün əsas səbəb qənaət istəyi və ya ətraf mühit qayğısından daha çox yarımkeçiricilər bazarında defisitdir. Mənbələr qeyd edir ki, "Huawei" enerjidoldurma qurğularında da son aylar kəskin çatışmazlığı hiss olunan mikrosxemlərdən istifadə olunur. Çin şirkətinin enerjidoldurma adapterlərini ayrıca satacağı gözlənilir.

Milli.Az


Etiketlər:  Huawei smartfonları enerjidoldurma adapteri ilə təchiz edilməyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ