Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2021 22:12
Küveytdə 2030-cu ilə qədər 1 kilometr hündürlüyündə göydələnin inşası planlaşdırılır.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Kobra adlanan qüllə hazırda dünyada ən çox müzakirə edilən memarlıq layihələrindən biridir.
Əsas mübahisə doğuran məsələlərdən biri binanın hündürlüyü ilə yanaşı, həm də orada liftin necə görünəcəyi ilə bağlıdır. Mütəxəssislərin fikrincə, belə bir quruluşa malik qüllədə liftin standart forması mümkün deyil.
Layihəyə görə, lift pnevmatik boru prinsipinə əsasən sıxılmış havada işləyəcək. Kobra ən hündür olmaqla yanaşı, həm də yer üzündəki ən gözəl göydələnlərdən biri olacaq.