Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Meğri icmasının rəhbəri sərbəst buraxılıb

Meğri icmasının rəhbəri sərbəst buraxılıb

Tarix: 24 Aprel 2021 08:04

İrəvan məhkəməsi baş nazir Nikol Paşinyana qarşı etirazlar zamanı saxlanılan Meğri icmasının rəhbəri Mxitar Zakaryanın sərbəst buraxılmasına dair qərar verib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu Zakaryanın vəkili Qayane Papoyan jurnalistlərə bildirib.

"Məhkəmə Zakaryanın həbsini yetərli şübhələr olmadığına görə əsassız sayıb. O, həbsdən azad edilib", - vəkil belə deyib.

Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi M.Zakaryana qarşı cinayət işi açmışdı. İstintaq Komitəsinin rəyinə görə, baş nazir N.Paşinyan Meğriyə səfər edən zaman M.Zakaryan bir qrup yerli administrasiya işçiləri, öz yaxınları və şirkət işçilərinin iştirakı ilə xuliqanlıq hərəkətləri təşkil edib.


Etiketlər:  Meğri icmasının rəhbəri sərbəst buraxılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ