Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zimbabvedə hərbi helikopter qəzaya uğrayıb, ölənlər var

Zimbabvedə hərbi helikopter qəzaya uğrayıb, ölənlər var

Tarix: 24 Aprel 2021 08:54

Zimbabvenin Şərqi Maşonalend əyalətində ölkənin Hərbi Hava Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələri məlumat yayıb.

"Helikopter bir evə çırpılıb və təəssüf ki, nəticədə iki pilot və bir texnik, eyni zamanda yerdə bir uşaq dünyasını dəyişib, başqa bir qız və anası yanıq xəsarəti ilə Parirenyatva adına xəstəxanasına aparılıb", - məlumatda belə deyilir.

Hadisənin səbəbi hələ müəyyənləşdirilməyib.


Etiketlər:  Zimbabvedə hərbi helikopter qəzaya uğrayıb ölənlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ