Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirus xəstəsi gəzməyə çıxdı, tutuldu

Koronavirus xəstəsi gəzməyə çıxdı, tutuldu

Tarix: 24 Aprel 2021 15:04

Saatlıda müalicə aldığı ünvanı tərk edən koronavirus xəstəsi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunub.

Saatlı rayon sakini G.Şükürovanın koronavirus testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.

G.Şükürova polis əməkdaşları tərəfindən saxlanılıb. Onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.

Milli.Az


Etiketlər:  Koronavirus xəstəsi gəzməyə çıxdı tutuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ