Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

COVİD xəstələrinin həyatını bu səbəbdən xilas etmək mümkün olmur

COVİD xəstələrinin həyatını bu səbəbdən xilas etmək mümkün olmur

Tarix: 26 Aprel 2021 11:56

"Kimlərsə əgər özlərində qızdırma, halsızlıq, boğaz qıcıqlanması, boğaz ağrısı, öskürək, əzələ-oynaq ağrıları, iştahasızlıq və s. oxşar əlamətlər hiss edərlərsə, burun-udlaqdan və ağız-udlaqdan (əsnəkdən) yaxma - COVİD 19 üçün PZR test analizi versinlər və özlərini insanlardan təcrid (izolyasiya) etsinlər, ola bilsin ki, yoluxublar".

Bunu Sonxeber.net-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının şöbə müdiri, radioloq-həkim Aydın Əliyev deyib.

O bildirib ki, test nəticəsində aktiv yoluxma halında olduğumuz təsdiq edildisə, o saat KT müayinəsinə və ya qan analizləri verməyə qaçmayaq:

"Test analizinin cavabı neqativdirsə, bu hələ tam yoluxmamışıq anlamına gəlmir, yoluxmuş şəxslərin təqribən 30%-ində testin cavabı neqativ ola bilir. Şikayətlər davam edirsə və test analizi mənfidirsə o zaman bizdə koronavirusun olub-olmamasını bilmək üçün qanda COVİD-19 İgM (erkən mərhələ) İgG (gec cavab antikoru) analizlərini verə bilərik. Bu analizlərin və ya 1-ci punktdakı yaxma-test analizinin cavabı poztivdirsə demək yoluxmuşuq, amma panik olmayaq, əksər insanlar xəstəliyi yüngül keçirir, panika-stress immun sistemini zəiflədir.

İgM pozitivdirsə, İgG neqativdirsə onda təqribən 1-14 günə qədərdir yoluxmuşuq və başqalarını yoluxdura bilərik, izolyasiya edilməliyik. Hər ikisi-İgM və İgG pozitivdirsə onda təqribən 14-30 gündür yoluxmağımız və başqalarını yoluxdurma ehtimalımız demək olar ki, sıfıra bərabərdir, istisna hallar ola bilər. Əgər İgM neqativ, İgG pozitivdirsə onda yoluxmadan təqribən 1 ay və daha çox keçib, ya da peyvənd edilmişik, başqalarını yoluxdurma ehtimalı yoxdur. Hər ikisi - İgM və İgG neqativdirsə yoluxmamışıq, xəstəliyi keçirməmişik, 2 doza peyvənd etdirməmişik ya da sağalmağımızdan təqribən 1 il və daha çox vaxt keçib.

Yaxma-test və ya İgM analizi pozitivdirsə mütləq təcrid edilək - evdən bayıra çıxmayaq, həyət evindəyiksə həyətdə heç kim olmayanda öz həyətimizdə çıxıb gəzişə bilərik, heç kimlə 2 metrdən az məsafədən ünsiyyət etməyək ki, ətrafımızdakıları yoluxdurmayaq. Onların içərisində yanaşı xəstəliyi olan, immuniteti zəif olan yaxınlarımız ola bilər ki, onları yoluxdursaq zəif olduqlarına görə ağırlaşıb həyatlarını itirə bilərlər. 

Artıq aktiv yoluxma halında olduğumuz təsdiq edildisə, o saat KT müayinəsinə və bir sicilləmə qan analizlərini verməyə qaçmayaq. Öncə Pulsoksimetr cihazı əldə edib, barmaq ucundan Oksigen saturasiyasını ölçək. 95%-dən çoxdursa heç bir müalicəyə ehtiyac yoxdur. 95%-dən azdırsa güvəndiyiniz müalicə həkiminə və ya təcili yardıma zəng etmək lazımdır, çünki artıq Oksigen dəstəyinə və müalicəyə ehtiyac var. Necə davam etmək və hansı analiz və müayinələrin lazım olduğunu onlar deyəcək.

Öz yanımızdan və ya həkim olmayan qonşu, qohum, tanış və COVİD-19 xəstəliyini keçirmiş şəxslərin müalicəsini etməyək. Ağırlaşan xəstələrin bir qismi bu səbəblərdən ağırlaşır və bəzən də belə xəstələrin həyatını xilas etmək mümkün olmur. 

Gündəlik yeni yoluxma hallarının sayı bir az da azalıb 1000-1500 civarına düşərsə və kütləvi immunitetin formalaşması üçün peyvəndləmənin intensivliyi artırılarsa, açıq havada icra edilməsi mümkün olan idman növlərinin, eləcə də havalandırılması yaxşı olan qapalı idman zallarının və üzgüçülük hövuzlarının fəaliyyətinə icazə verilməsi yaxşı olardı. Əksər uşaq, yeniyetmə və gənclərin idmanla məşğul olmasına ciddi ehtiyac var. Bir çoxlarında artıq çəki, fiziki passivlik və psixoloji gərginliklər yaranıb".

Təhməz Əsədov


Etiketlər:  COVİD xəstələrinin həyatını səbəbdən xilas etmək mümkün olmur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ