Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Troll" müğənnimiz də var? - Saxta profillə həmkarlarına təhqir yazdığı iddia olundu

Tarix: 26 Aprel 2021 13:20

Müğənni Nazənin Salayeva İnstaqramda saxta profillər açıb, bəyənmədiyi sənət adamlarına mənfi şərhlər yazmasına münasibət bildirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda "Həmin Zaur" proqramında danışıb. O bildirib ki, küsülü olduğu sənət adamları ona şər atır:

"Heç olmasa Ramazan ayından qorxun. Allah özü bilsin sizinlə. Mənim buna vaxtım yoxdur. Belə əhvalda olan insan deyiləm. Demək, bu işlə özləri məşğul olur. Onların üstündə qalmasın deyə, mənə ləkə yaxırlar. Allah onları özü aşkara çıxarsın".

Qeyd edək ki, Nazəninlə müğənni Təranə Qumral arasında illərdir qalmaqal yaşanır. Təranə həmkarının ona mənfi şərhlər yazdığını iddia edib.

Milli.Az


Etiketlər:  Troll müğənnimiz var Saxta profillə həmkarlarına təhqir yazdığı iddia olundu


RƏYLƏR