Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çin imperatorlarının sonuncu sarayı - VİDEO

Çin imperatorlarının sonuncu sarayı - VİDEO

Tarix: 26 Aprel 2021 17:04

600 il yaşı olan saray muzey kompleksi kimi fəaliyyət göstərir

Milli.Az Real TV-ə istinadən bildirir ki, Çini təxminən 500 il idarə etmiş 24 imperatorun iqamətgahı olan bu saray Pekinin düz mərkəzində yerləşir.

Bu tarixi məkan həm də ənənəvi Çin memarlığının şah əsərlərindən biridir.

1406- cı ildə Min sulaləsinin imperatoru Yonqlının əmri ilə tikilən sarayın inşası 15 il çəkib. Əfsanəyə görə, imperator monarxlarından biri yuxuda onların şəninə yaraşan tikili görür və yuxusunu gələcəkdə imperator olan gənc knyaza danışır. Beləcə, yuxu gerçəyə çevrilir və ərazisi 720 min m2 olan dünyanın ən iri imperator sarayı tikilir. Çinlilər onu "Ququn", yəni "qadağan olunmuş şəhər" adlandırırlar. Bu ad onunla bağlıdır ki, imperator ailəsindən, əyanlardan, əsgərlər, xidmətçilərdən və təbii ki, qonaqlardan başqa heç kim sarayın ərzisinə daxil ola bilməzdi.

Vaxtilə Çində hakimiyyətə gələn hər sülalə özündən əvvəlki sülalənin saraylarını dağıdardı. Ququn isə günümüzədək gəlib çatan yeganə saraydır.

Ümumilikdə 980 binadan ibarət olan kompleksdə 8884 otaq var. Əsas tikinti materialı kimi agac, kərpic, mərmər və plitələrdən istifadə olunan kompleksin daxilindəki binaların hamısı demək olar ki bir mərtəbəlidi. Əsas zalların interyerinde yalnız Çinin cənub- qərbindəki sıx meşələrdə bitən lavr ağaclarının sal tirlerindən istifadə olunub. Tikintidə yüz minlərcə taxta və daş üzərində oyma naxışlar düzəldən sənətkarlar, rəssamlar, eləcə də saysız hesabsız bənna və fəhlə çalışıb.

Kompleksdə müxtəlif tarixi dövrlərə aid mebellər, rəsm əsərləri, kalliqrafiya nümunələri, əl işlərinə də rast gəlmək olar. Ona görə də bu saray Min və Çin sülaləsinin hakimiyyət illərindəki mədəniyyəti əks etdirir.

Sarayı ziyarət edənlər həmin tarixi dövrlərdəki Çin mədəniyyəti, incəsənəti ilə yaxından tanış ola bilirlər. "Qadağan olunmuş şəhər" Çİndə səltənət idarəetmə sistemi ləğv ediləndən bir neçə il sonra muzey kimi fəaliyyət göstərməyə başlayıb. Hazırda Saray muzeyi adlanan bu kompleks paytaxt sakinlərinin və turistlərin ən çox baş çəkdiyi məkanlardan biridir.

Milli.Az


Etiketlər:  Çin imperatorlarının sonuncu sarayı VİDEO


RƏYLƏR