Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Arif Quliyevin ölüm xəbəri ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Arif Quliyevin ölüm xəbəri ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Tarix: 27 Aprel 2021 09:25

Bir müddət əvvəl koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilən Xalq artisti Arif Quliyevin vəfat etməsi barədə xəbər yayılıb.

"Yeni Klinika"da müalicə olunan aktyorun ötən gün dünyasını dəyişdiyi bildirilib.

Hətta Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə post paylaşaraq A. Quliyevin ailəsinə başsağlığı verib. Lakin o, bir müddət sonra yazdığı statusu silib.

Sonxeber.net xəbər verir ki, Qafqazinfo məlumatı dəqiqləşdirmək üçün TƏBİB-lə əlaqə saxlayıb. Bildirilib ki, Xalq artistinin dünyasını dəyişdiyi ilə bağlı məlumat əsassızdır. 

Qeyd edək ki, A. Quliyev 6 gün bundan əvvəl xəstəxanaya aparılaraq süni tənəffüs aparatına qoşulub.


Etiketlər:  Arif Quliyevin ölüm xəbəri ilə bağlı TƏBİB dən AÇIQLAMA


RƏYLƏR