Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2021 09:35
Türkiyənin məşhur aktrisası Canan Ergüder süd vəzi xərçənginə tutulduğu üçün baş rolunu oynadığı "Menejerimi ara" serialından ayrılıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, kimya terapiyasına başlayan aktrisa çəkiliş meydanından çəkdirdiyi fotoları özünün "Instagram" hesabından paylaşıb.
"Bəzən izlədiyimiz yol gözlənilməz bir dönüşə səbəb ola bilər. Əhəmiyyətli olan çox sarsılmadan axına tabe olmaqdır. Bildiyiniz kimi, səhhətimlə əlaqədar bir müddət işimə ara verirəm. Bu axşam "Menejerimi ara"da oynadığım son bölüm olacaq. "Feris Dikmen"lə vaxtsız vidalaşmaq mənim üçün çətin olsa da, onu oynaya bilmək çox xoş idi", - deyə Ergüder bildirib.
Pərəstişkarları bu xəbərdən çox kədərlənərək, onun tezliklə sağalmasını diləyiblər.