Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Atasının intiharla bağlı müəyyən şübhələri var” - Rüstəm Behrudi

“Atasının intiharla bağlı müəyyən şübhələri var” - Rüstəm Behrudi

Tarix: 27 Aprel 2021 10:28

Azərbaycanın tanınmış şairi Rüstəm Behrudinin qardaşı İlham Alməmmədovun 17 yaşlı oğlu İsanın intiharı ilə bağlı ailəsinin müəyyən iddiaları var. Onun atası İlham Alməmmədov sosial şəbəkədə oğlunun şəklini paylaşaraq "Namərd adamlar, siz mənim oğlumu öldürdünüz!",- deyə qeyd edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qardaşının oğlunun ölümü ilə bağlı müəyyən şübhələri var: "Amma bu təbii ki, intihardır. İlham müəllimin şübhəli var, ona görə yazıb ki, siz öldürdünüz.

Axşam saat 10-un yarısı indi yaşadıqları evdən çıxıb həmin evə gedib. Orada çay dəmləyib içib, sonra 15-ci mərtəbədən özünü atıb.

İlham müəllim atadır da, övladını itirib, yandığından elə deyir. İsanın intihar səbəbi ilə bağlı heç bir fərziyyə düşünə bilmirəm. Cavan uşaq idi, çox istedadlı, dünyanı təzəlikcə dərk edirdi, sıradan bir uşaq deyildi. Ailəsi ilə də heç bir mübahisəsi olmayıb".

Binəqədi rayon prokurorluğundan "Qafqazinfo"ya bildirilib ki, hadisə ilə bağlı hələ ki, cinayət işi başlanılmayıb: "Material formasında araşdırma davam etdirilir. Əlavə məlumat verə bilmərik".

Qeyd edək ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.

Milli.Az


Etiketlər:  Atasının intiharla bağlı müəyyən şübhələri var Rüstəm Behrudi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ