Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2021 14:05
"Baloğlan Əşrəfov həmişə deyirdi ki, 70 yaşımda dünyamı dəyişəcəm".
Sonxeber.net xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. O, mərhum müğənni Baloğlan Əşrəfovla bağlı xatirələrini bölüşüb:
"Ürəyinə əvvəlcədən damıbmış. Bu sözü tez-tez deyirdi. Deyirdim ki, sənə nə olub, yaşayacaqsan, sağlamsan. Amma qismət, gəldi 70 yaşında vəfat etdi".
Qeyd edək ki, B.Əşrəfov koronavirus infeksiyasına yoluxmuşdu. Sənətçinin oktyabrın 8-də 70 yaşı tamam olacaqdı.