Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan klublarının etibarını qazanan əcnəbilər

Azərbaycan klublarının etibarını qazanan əcnəbilər

Tarix: 27 Aprel 2021 18:36

Azərbaycan Premyer Liqasının cari mövsümündə meydana çıxan legionerlər arasında ən çox oyun keçirənlərin siyahısını açıqlayıb.

Milli. Az sportinfo.az-a istinadən xəbər verir ki, milliləşən legionerlər nəzərə alınmasa, mütləq rekord Saşa Stamenkoviçə məxsusdur.

"Sabah"ın serbiyalı qapıçısı digər əcnəbiləri qabaqlayır. Onun "Neftçi"dəki həmyerlisi Voislav Stankoviç ikincidir.

"Keşlə"nin paraqvaylı oyunçusu Sezar Meza Kollinin milliləşdirilməsi gündəmdə olsa da, FİFA-ya bununla bağlı müraciətinin cavabını gözləyən AFFA-nın gözü hələ də yoldadır. Bu üzdən legioner statusunu qoruyan Sezar siyahıda 3-cüdür.s

1. Saşa Stamenkoviç - 154

2. Voislav Stankoviç - 142

3. Sezar Meza Kolli - 101

4. Filip Ozobiç - 97

5. Stiven Jozef-Monroz - 77


Etiketlər:  Azərbaycan klublarının etibarını qazanan əcnəbilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ