Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türk ordusunun əsas hədəfləri açıqlandı: Qışa qədər...

Türk ordusunun əsas hədəfləri açıqlandı: Qışa qədər...

Tarix: 28 Aprel 2021 09:54

Metina ikinci hədəfdir, ana hədəflər isə Qəndil ve Sincardır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə türkiyəli ekspert Coşqun Başbuğ çıxış edib.

Türkiyə ordusunun İraqın şimalında apardığı hərbi əməliyyatlardan danışan Başbuğ yay boyunca hərəkatın davam edəcəyini qeyd edib:

"Çox geniş bir coğrafiyada hərəkat aparırıq. Metinada başlayan əməliyyat nə ilk, nə də son olacaq. Türkiyə Silahlı Qüvvələri qışa qədər terror təşkilatlarına hücumlarını davam etdirəcək.

37 terrorçunun zərərsiləşdirildiyi elan edilsə də, bölgədə öldürülən terrorçuların sayı daha çoxdur, dövlət olduğumuz üçün dəqiq rəqəmləri verməliyik. Bu rəqəm yaxın günlərdə artacaq".

Qeyd edək ki, "Pənçə-Şimşək" və "Pənçə-İldırım" əməliyyatları aprelin 24-də başlayıb.

Milli.Az


Etiketlər:  Türk ordusunun əsas hədəfləri açıqlandı Qışa qədər


RƏYLƏR