Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazir Azad Rəhimov vəfat edib? - Nazirlikdən açıqlama

Nazir Azad Rəhimov vəfat edib? - Nazirlikdən açıqlama

Tarix: 28 Aprel 2021 13:40

ABŞ-da müalicə alan gənclər və idman naziri Azad Rəhimovun vəziyyəti ağırlaşıb. 

Bu barədə Sonxeber.net-a nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib. 

O bildirib ki, nazirin vəfat etdiyi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir. Lakin hazırda A. Rəhimovun vəziyyəti ağır qiymətləndirilir. 

Qeyd edək ki, Azad Rəhimov ABŞ-da ağciyər xərçəngi və qaraciyər serrozundan müalicə olunur. Nazir yanvar ayında müalicə olunmaq üçün ABŞ-a yollanıb. O, 8 aydır ki, səlahiyyətlərini yerinə yetirə bilmir.


Etiketlər:  Nazir Azad Rəhimov vəfat edib Nazirlikdən açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ