Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2021 21:28
Mayın 1-dən etibarən Estoniyanın mobil operatorları ölkəyə gələn bütün şəxsləri səfər marşrutlarına dair açıqlama vermələri üçün məlumatlandıracaqlar.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, "Elisa", "Tele2" və "Telia" mobil operatorlarına aid olan müvafiq sərəncam Estoniyanın Səhiyyə Departamentinin baş direktoru Yullar Lanno tərəfindən imzalanıb.
Bildirilib ki, sərəncama əsasən mobil xidmət təminatçıları ölkə xaricindən Estoniyaya gələn müştərilərinə və ya rouminq istifadəçisi olan əcnəbi vətəndaşlara səfərlərinə dair məlumat vermələri üçün SMS göndərəcəklər.
Qeyd edilib ki, sərhədi keçənlərin telefonlarına üç dildə mesajlar göndəriləcək. Mesajların məzmununda COVID-19 pandemiyası səbəbindən səfərlərə dair məlumatların təqdim edilməli olduğu qeyd edilir".