Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Telegram-da yeni funksiyalar istifadəyə verilib

Telegram-da yeni funksiyalar istifadəyə verilib

Tarix: 29 Aprel 2021 19:56

Telegram tərtibatçıları messencer üçün yenilənmə təqdim ediblər və həmin yenilənmə bir sıra vacib yeni funksiyanı özündə birləşdirir. Belə ki, əsas yenilənmələr arasında istənilən çatdan ödənişin qəbulu və səsli çatların öncədən baş tutacağı barəsində xatırlatma var. Beləliklə Telegram-ın yeni versiyasında satıcılar istənilən çat, qrup və ya kanal üzərindən inteqrasiya edilmiş 8 ödəniş servisi vasitəsilə ödənişləri qəbul edə biləcəklər. Telegram-ın özü isə reallaşacaq ödənişlərdən komissiya götürmür və ödəniş barədə məlumatları öz serverlərində saxlamır.

Bundan əlavə olaraq qrup və çat adminləri öncədən müəyyən vaxta səsli çatı planlaşdıra bilərlər. Bu halda qrup və ya kanal üzvləri rəngli timer-i görəcəklər. Bunun sayəsində onlar səsli çatın baş tutma vaxtına bildirişin əldə olunması üçün abunə ola biləcəklər. Telegram-ın yeni versiyasında fotonun və ya videonun sürətli zoom funksiyası reallaşdırılıb. Bunu iki barmaq vasitəsilə edilən jestin köməkliyi ilə etmək mümkündür. Həmçinin videonun sürətlə geriyə və ya qabağa çevrilməsi funksiyası da əlavə edilib. iOS cihazlarda bu prosesi səsin tənzimlənməsi düymələri, Android cihazlarda isə ekranın sol və ya sağ hissələrinə toxunuş vasitəsilə etmək mümkündür.

Milli.Az


Etiketlər:  Telegram da yeni funksiyalar istifadəyə verilib


RƏYLƏR