Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Iyul 2019 12:48
Argentina Futbol Federasiyası millinin baş məşqçisi Lionel Skaloni ilə yeni müqavilə imzalayıb.
Qol.az-ın qurumun istinadən yaydığı xəbərə görə, 41 yaşlı mütəxəssislə müqavilənin müddəti 2022-ci ilin sonuna kimi uzadılıb. Bu isə o deməkdir ki, komanda 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazansa, mundialda yığmanın başında məhz Skaloni olacaq.
Qeyd edək ki, Skaloni DÇ-2018-dən sonra millini çalışdırır.