Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çin daha sürətli DDR5 istehsal etməyə hazırlaşır

Çin daha sürətli DDR5 istehsal etməyə hazırlaşır

Tarix: 29 Aprel 2021 23:20

Netac Technology adlı Çin şirkətinin yeni DDR5 yaddaşında rekord sürətə çatacağı iddiası həyəcan yaradıb.

Yeni nəsil DDR5 yaddaşının sürətli olacağını artıq bilirik. Əlbəttə ki, bir çox amillərdən asılı olaraq nə qədər sürətli olacağı dəyişkəndir. Hazırda bir çox şirkət bunun üzərində işləyərkən, yeni məlumatlar, Netac Technology adlı Çin yaddaş şirkətinin 10 min MHz-dən yüksək səviyyədə işləyə biləcək DDR5 DRAM modulları istehsal etməyi planlaşdırdığını üzə çıxıb.

Hesabatda "Netac Technology"nin 16 GB (2x8 GB) Micron IFA45 Z9ZSB yaddaş çiplərindən istifadə etdiyi iddia edilsə də, bu çiplərin Micronun 1z nm DRAM işləmə düyünündə qurulduğu deyilir. Beləliklə, yaddaşları 40-40-40 CAS vaxtında işlədərək tezliyi artıracağı bildirilir.

Digər tərəfdən Netac, yaxınlaşan və həyəcan verici DDR5 yaddaşının istehsalına dair xəbərlərlə ad çıxarmış tək şirkət deyil. Samsung bu yaxınlarda "dünyanın ilk 512 GB DDR5 modulunu" istehsal etdiyini açıqlayıb.


Etiketlər:  Çin daha sürətli DDR5 istehsal etməyə hazırlaşır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ