Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Samsung” şirkəti yeni noutbuklarını təqdim edib

“Samsung” şirkəti yeni noutbuklarını təqdim edib

Tarix: 30 Aprel 2021 09:36

"Samsung" şirkəti bir neçə yeni noutbukunu təqdim edib: "Galaxy Book", "Galaxy Book Pro" və "Galaxy Book Pro 360". Yeni cihazlar Cənubi Koreyanın texnologiya nəhənginin yaz təqdimatında nümayiş etdirilib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, "Galaxy Book" və "Galaxy Book Pro" klassik konstruksiyaya malik noutbuklardır. Birinci FHD təsvir ölçüsünə malik 15,6 düym diaqonallı, ikincisi isə 13,3 düym diaqonallı displeylə təchiz edilib. Modifikasiyadan asılı olaraq daxili "Intel Iris Xe" qrafik kartına malik 11-ci nəsil "Intel Core i5" və ya "i7" prosessorlarından istifadə olunur. Noutbuklarda HDMI-dən USB-C-dək bir çox portlar quraşdırılıb. Kompüterlərdə əməli yaddaş sistem lövhəsinə lehimlənib, amma SSD daşıyıcını dəyişdirmək imkanı mümkündür. "Pro" versiya 68 Vt/saatadək daha həcmli akkumulyatora malikdir.

 

"Galaxy Book Pro 360" transformer noutbuku 13,3 və 15,6 düym diaqonallı ekranlara malik versiyalarda əlçatandır. Böyük versiyanın çəkisi 1,39 kq-dır. Aparat hissəsi "Galaxy Book Pro" ilə eynidir, amma "360" sensor ekrana malikdir və "S Pen" aktiv qələmi ilə işi dəstəkləyir.

 

Emil Hüseynov




Etiketlər:  Samsung şirkəti yeni noutbuklarını təqdim edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ