Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2021 11:28
"Artıq təyyarə bombaları, mərmilər, raketlər və döyüş başlıqları üçün heç kimdən asılı olmayacağıq".
Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə açıqlama verib. O bildirib ki, mərmilər üçün xaricdən alınan əsas partlayıcı material artıq Türkiyədə istehsal ediləcək. Ərdoğanın sözlərinə görə, yeni açılan müəssisədə modul barıt sistemi tamamilə yerli imkanlar sayəsində istehsal ediləcək.
"Son dövrlər məruz qaldığımız gizli və açıq embarqolar bizi belə addım atmağa məcbur etdi. Texnologiya paylaşımı üçün milyonlarla dollar pul tələb edilən sistem türk mühəndisləri tərəfindən yüz faiz yerli texnologiya sayəsində çox qısa zaman ərzində ərsəyə gətirildi" - deyə Ərdoğan bildirib.