Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2021 12:36
Ötən il 80 min müraciətin 25 mini təsdiqini tapıb
Sonxeber.net Real TV-ə istinadən bildirir ki, 2020-ci ildə səhiyyə müəssisələri tərəfindən əlilliyin təyin edilməsi üçün 80 minə yaxın Forma-88 e-sistemə daxil edilib.
Göndərişlərdən yalnız 25 mini (31%) öz təsdiqini tapıb. Digərləri natamam tərtib olunduğu, həmçinin əlillik təyinatına əsas vermədiyi üçün geri qaytarılıb və ya əlillik təyin edilməsindən imtina edilib. ƏƏSMN-dən verilən məlumata görə, Əlilliyin uzadılmasına dair təkrar müraciətlərə baxılması zamanı bu ilin ilk 6 ayının nəticələrinə görə, bu kateqoriyadan olan şəxslərin təqribən 30%-nin əlilliyi əsassız və ya saxtadır. Bu isə illik 150 milyon manatadək dövlət vəsaitinin haqqı olmayan, tam sağlam şəxslər tərəfindən saxta yollarla mənimsənilməsi deməkdir.
Cavid Əbdülqədirov həmçinin bildirdi ki, Vətən müharibəsində yaralanmış hərbçilərimizin əlilliyinin təyin olunması prosesi də operativ şəkildə həyata keçirilir.Artıq 400-ə yaxın təyinat aparılıb.