Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəkər xəstələrinin diqqətinə! Bu əlamətlər varsa, oruc pozulmalıdır - Həkim - VİDEO

Şəkər xəstələrinin diqqətinə! Bu əlamətlər varsa, oruc pozulmalıdır - Həkim - VİDEO

Tarix: 30 Aprel 2021 12:56

Oruc tutan şəkərli diabet xəstələrində başgicəllənmə, halsızlıq, üşütmə varsa, oruc pozulmalıdır.

Sonxeber.net xəbər verir ki, bunu ARB24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında həkim Vüsalə Babayeva deyib. O bildirib ki, oruc tutan şəkər xəstələri müayinə olunmalı və şəkəri nəzarət altında saxlanılmalıdır:

"Yanaşı xəstəliyi olanların oruc tutması immun sistemini aşağı sala və xroniki xəstəliyi üzə çıxara bilər. Lakin qanda şəkərin səviyyəsi normada olanlar və yanaşı xəstəliyi olmayanlar oruc tuta bilərlər. Çünki elə şəxslər var ki, onlarda xəstəlik yüngül səviyyədədir.  Təbii ki, bu zaman dərmanların qəbul edilməsi vaxtını oruca uyğun dəyişirik. Bunu xəstə özbaşına deyil, həkim məsləhəti ilə etməlidir. Lakin elə şəxslər də olur ki, onlar oruc tutur və özünü pis hiss edirlər. Əgər başgicəllənmə, halsızlıq, üşütmə varsa, dərhal şəkər ölçülməlidir. Şəkər həddindən artıq düşübsə, yəni 70 mg / dl-dən aşağıdırsa, dərhal oruc pozulmalıdır".

Həkim onu da qeyd edib ki, pandemiya zamanı endokrin sistem xəstəliklərinin sayı artıb:

"Pandemiya müddətində şəkərli diabetdən əziyyət çəkənlərdə şəkərin yüksəlməsi müşahidə olunur. Koronavirusla əlaqədar hər kəs passiv həyat tərzinə keçdiyi üçün piylənmə hallarının sayında artım müşahidə edilir. Həmçinin yuxu rejiminin pozulması da endokrin sistemi pozur. Bu səbəbdən sağlam həyat tərzi üçün düzgün qidalanma və yuxu rejimi, fiziki aktivlik, stressdən uzaq və sudan bol istifadə vacibdir". 


Etiketlər:  Şəkər xəstələrinin diqqətinə əlamətlər varsa oruc pozulmalıdır Həkim VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ