Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müharibə təhlükəsi artır - Sərhədə ağır texnika yeridildi

Müharibə təhlükəsi artır - Sərhədə ağır texnika yeridildi

Tarix: 1 May 2021 11:10

Qırğızıstan sərhəd xidməti tacik hərbi texnikasının sərhəd istiqamətinə yerildildiyi barədə xəbər yayıb.

Sonxeber.net Rusiya KİV-ə istinadən xəbər verir ki, texnika toqquşmaların baş verdiyi əraziyə yeridilib. Hazırda bölgədə vəziyyət orta ağır dəyərləndirilir.

Qeyd edək ki, Qırğızıstanda 1-2 may tarixləri Tacikistanla sərhəddəki konflikt ucbatından ölənlərə görə milli matəm günləri elan edilib. Bu barədə əmri Qırğızıstan Prezidenti Sadır Japarov imzalayıb. Japarovun əmrinə əsasən, matəm günlərində ölkədə bütün əyləncəli proqramlar ləğv ediləcək və ölənlərin yaxınlarına yardım ediləcək.

Kamran Seyidov


Etiketlər:  Müharibə təhlükəsi artır Sərhədə ağır texnika yeridildi


RƏYLƏR