Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Düşənbədə güclü partlayış - 30-a yaxın yaralı var - VİDEO

Düşənbədə güclü partlayış - 30-a yaxın yaralı var - VİDEO

Tarix: 2 May 2021 09:28

Tacikistanın paytaxtı Düşənbə şəhərində yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, baş verən güclü partlayış nəticəsində 29 nəfər yaralanıb.

Bu barədə Fövqəladə Hallar Komitəsinin sözçüsü Umeda Yusufi xəbər verib. Məlumata görə, onlardan beşinin vəziyyəti ağırdır.

Hadisə axşam saatlarında "Zarafşon" mikrorayonunda olub.

Alovun tüstüsü 50 metr hündürlüyə çatıb, yaxınlıqdakı evlər zədələnib. Yanğın saat yarımdan çox müddətdə on yanğınsöndürən tərəfindən söndürülüb.

Yaxınlıqdakı Təcili yardım stansiyasına yanıq və digər xəsarətlərlə 15 nəfər müraciət edib.


Etiketlər:  Düşənbədə güclü partlayış yaxın yaralı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ