Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İngiltərə Çempionşipində qalib müəyyənləşdi

İngiltərə Çempionşipində qalib müəyyənləşdi

Tarix: 2 May 2021 18:20

İngiltərə Çempionşipində 2020/21 mövsümünün qalibi müəyyənləşib.

Milli.Az qol.az-a istinadla xəbər verir ki, bu komanda "Norviç Siti" olub. Daniel Farkenin kollektivi ötən gün 45-ci turda "Ridinq" üzərində 4:1 hesabı ilə qalib gəlməklə aktivindəki xalların sayı 96-ya yüksəlib. Bununla da "Norviç Siti" ən yaxın izləyicisi "Uotford"la fərqi 8-ə çatdırıb. Beləliklə, klub sona 2 tur qalmış çempionluğu rəsmiləşdirib. Komanda2 gələn mövsüm üçün Premyer Liqaya vəsiqəni də təmin edib. Həmçinin qeyd edək ki, bu, "Norviç Siti"nin Çempionşipdə son 3 mövsümdə 2-ci qələbəsidir.

Əlavə edək ki, ötən mövsüm də ölkənin əsas çempionatında çıxış edən "Norviç Siti" yarışı sonuncu pillədə tamamlayaraq aşağı liqaya düşmüşdü.

Milli.Az


Etiketlər:  İngiltərə Çempionşipində qalib müəyyənləşdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ