Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2021 22:46
Avstraliya hökuməti hazırda Hindistanda olan və geri qayıtmağa cəhd göstərən vətəndaşlarına xəbərdarlıq edib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, Hindistandan qayıdan Avstraliya vətəndaşları 50 min ABŞ dolları cərimə olunacaq.
Avstraliyanın səhiyyə naziri Qreq Hant bəyan edib ki, son 14 gün ərzində Hindistanda olmuş şəxslərin ölkəyə girişi məhdudlaşdırılıb. Bu tədbir həm əcnəbilərə, həm də Avstraliya vətəndaşlarına şamil olunub. Qanunu pozan şəxslərin cərimə olunmaqla yanaşı, beş ilədək azadılıqdan məhrum edilə biləcəyi də qeyd olunub.
Nazir bildirib ki, məhdudiyyət mayın 3-dən 15-dək qüvvədə olacaq.