Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vətənin qəhrəman oğlunu hər kəs qürurla xatırlayır - VİDEO

Vətənin qəhrəman oğlunu hər kəs qürurla xatırlayır - VİDEO

Tarix: 3 May 2021 11:54

Son nəfəsini verənə qədər sinəsində gəzdirdi bu məktubu. Bir parça kağızda bu sözlər yazılmışdı: ''Allah sizi qorusun, Azərbaycan əsgəri''.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, vətən müharibəsində adını qəhrəmanlıq səlnaməsinə yazdıran Nurlan Abdalovu bu gün hər kəs qürurla xatırlayır.

O, 44 gün davam edən döyüşlərdə Füzuli, Cəbrayıl, Zəngilan, Hadrut və Xovavənddə düşmənlə amansız mübarizəyə girib. Nurlan Abdalov noyabırın 3-də Xocavənddə düşmənin atdığı minamyot nəticəsində şəhid olub. Şəhidimizin sonuncu danışığı anası ilə olub. Ondan tək qalan xatirə telefonu və şəkilləridir. 20 yaşlı Nurlan Abdalov Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunub.

Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Vətənin qəhrəman oğlunu hər kəs qürurla xatırlayır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ