Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ən böyük qanadlı təyyarənin sınaq uçuşu keçirilib (VİDEO)

Ən böyük qanadlı təyyarənin sınaq uçuşu keçirilib (VİDEO)

Tarix: 3 May 2021 15:30

ABŞ-ın "Stratolaunch" şirkəti ən böyük qanada malik "Roc" adlı nəhəng təyyarənin uğurlu sınağını keçirib. Təyyarə Mohave hava limanı üzərində bir neçə manevr etdikdən sonra uğurla yerə enib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, "Stratolaunch" əvvəlcə təyyarəni gücləndirilmiş mərkəzi qanad üzərində raket və peyklər buraxmaq üçün nəzərdə tutulan və aşağı yerətrafı orbitə çıxarmaq üçün hazırlanmış göyərtə sistemi olaraq təqdim etsə də, hazırda "Roc" çoxdəfəli hipersəsli aparatlar daşıyıcısına çevrilib. Profil dəyişikliyinə baxmayaraq "Roc" 117 metr qanad uzunluğu ilə əsl nəhəng təyyarə olaraq qalır.

 

Yaradıcıların fikrincə, təyyarə gələcəkdə yeni nəsil aviasiya texnikası üçün sınaq stendi kimi istifadə ediləcək. O, "Boeing 747" təyyarəsində olduğu kimi, altı mühərrik və 28 təkərlə təchiz edilib. Təyyarə uçuş proqramını yerinə yetirib və test enişi üçün dövrə vurduqdan sonra Mohave səhrasında nəzərdə turulmuş zolağa enib.

 

Nizam Nuriyev

 




Etiketlər:  böyük qanadlı təyyarənin sınaq uçuşu keçirilib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ