Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Iyul 2019 17:35
Bakı. Trend:
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında tanınmış kino xadimlərinin vaxtilə çalışdıqları iş otaqlarının yaradıcılıq otaqlarına çevrilməsi ilə bağlı təşəbbüs həyata keçirilir. 2018-ci ildə başlanılan layihə üzrə indiyədək görkəmli kinorejissorlar, xalq artistləri Rasim Ocaqovun və Tofiq Tağızadənin yaradıcılıq otaqlarının açılışı olub.
Mədəniyyət Nazirliyindən Trend-ə bildirilib ki, Milli Kino Günündə Əməkdar incəsənət xadimi, məşhur kinorejissor Hüseyn Seyidzadənin (1910-1979) yaradıcılıq otağının açılış mərasimi olacaq.
Tədbir 2 avqust saat 12:00-da “Azərbaycanfilm” kinostudiyasında keçiriləcək.
Kinostudiyada muzey-otaqlar kimi fəaliyyət göstərən bu məkanlar korifey sənətkarların yaradıcılığı, iş prosesi barədə təsəvvür yaratmaqla yanaşı, eyni zamanda onların xatirəsinin əbədiləşdirilməsinə xidmət edir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin