Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2021 15:57
ABŞ-ın "Kroger" supermarketlər şəbəkəsi yaxın vaxtlarda dronların köməyi ilə malların çatdırılması üçün pilot proqramını işə salmağa hazırlaşır. "Drone Express" şirkəti ilə əməkdaşlığa başlayan supermarketlər şəbəkəsi pilotsuz uçan aparatların köməyi ilə uşaq mallarını, reseptsiz buraxılan dərmanları, həmçinin çəkisi 2,2 kq-dan ağır olmayan digər məhsulları alıcılara çatdıracaq.
"ICTnews" Elektron Xəbər Xidməti "3dnews.ru" saytına istinadən yazır ki, pilot proqramında şirkətin Sentervill şəhərindəki mağazası iştirak edir. "Kroger Drone Delivery" saytının səhifəsində göstərilib ki, şirkət ABŞ-ın Federal Mülki Aviasiya İdarəsindən icazə alıb. Dronlar sertifikatlaşdırılmış pilotlar tərəfindən idarə ediləcək. Həmçinin həmin səhifədə bildirilir ki, alıcıların yaşadığı ünvana, yaxud park və ya istirahət zonalarına çatdırılma mümkündür. Smartfona quraşdırılmış mobil tətbiq vasitəsilə çatdırılmanı sifariş etmək mümkün olacaq. Şirkətin məlumatına görə, çatdırılma 15 dəqiqə ərzində həyata keçiriləcək.
"Kroger" şəbəkəsi dronların köməyi ilə çatdırılma bazarında ən azı 2015-ci ildən bəri pilotsuz uçan aparatlardan istifadə edən ən böyük "Walmart" pərakəndə mağazalar şəbəkəsi ilə rəqabət aparmalı olacaq.
Emil Hüseynov