Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bavariya''da növbəti ayrılıq

''Bavariya''da növbəti ayrılıq

Tarix: 4 May 2021 19:52

"Bavariya"nın yarımmüdafiəçisi Xavi Martines bu mövsümün sonunda klubdan ayrılacaq.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, tərəflər yayda başa çatacaq müqaviləni yeniləməməyə qərar veriblər.

32 yaşlı oyunçu Münhen təmsilçisindən ayrılıq qərarı  ilə bağlı bunları deyib: "9 ildir "Bavariya" ailəsinin bir hissəsi olduğum üçün qürurlu və xoşbəxtəm. Bu möhtəşəm kluba və xüsusilə azarkeşlərimizə təşəkkür etmək istəyirəm.  Münheni mənim evim etdiniz! Bu vaxtı heç vaxt unutmayacağam. Bu klubda yaşadım, həmişə hər şeyimi verdim və birlikdə qazandığımız bir çox addan məmnunam. "Bavariya" və azarkeşləri sonsuza qədər ürəyimdə qalacaq. Təşəkkürlər və yenidən görüşərik!".

Qeyd edək ki, bundan əvvəl David Alaba və Jerom Boatenq bu mövsümün sonunda "Bavariya"dan ayrılacağını açıqlayıb.


Etiketlər:  Bavariyada növbəti ayrılıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ