Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2021 21:12
İsmayıllı rayonunda dostları ilə göldə çimərkən batan oğlanın meyiti tapılıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, rayonun Topçu kənd sakini, 1993-cü il təvəllüdlü Zərbəliyev Həzi Hamlet oğlunun meyiti bu gün axşam saatlarında FHN-in dalğıc-axtarış qrupunun əməkdaşları tərəfindən sudan çıxarılaraq ailəsinə təhvil verilib.
Həzi Zərbəliyevin bir ay öncə ailə həyatı qurduğu bildirilir.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.